Gürcüstan ABŞ ilə hərbi əməkdaşlığı genişləndirir

Gürcüstan ABŞ ilə hərbi sahədə əməkdaşlığı genişləndirir. Yaxın günlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair üçillik müqavilə imzalanacaq. SİA xəbər verir ki, bu məlumatı Gürcüstanın Müdafiə naziri Levan İzoria ABŞ-ın ölkəyə yeni təyin olunmuş hərbi attaşesi Stefani Beqli ilə görüşündən sonra açıqlayıb. Nazirin sözlərinə görə, ABŞ regionda Gürcüstan ilə əməkdaşlığa böyük önəm verir. Görüşdə bu məsələ ciddi müzakirə olunub və yaxın günlərdə iki ölkə arasında hərbi əməkdaşlığa dair üçillik əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...