Pakistanda sel və daşqınlar nəticəsində ən azı 7 nəfər ölüb

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində sel və daşqınlar nəticəsində ən azı 7 nəfər ölüb. SİA "sozcu.com.tr" saytına istinadla xəbər verir ki, yüksək dağlıq ərazilərdə 3 saatdan çox davam edən leysan yağışları daha 6 nəfərin yaralanmasına və bir neçə sakinin itkin düşməsinə səbəb olub. Axtarış-xilasetmə işlərinə Pakistan ordusunun əsgərləri cəlb olunub. Sel və daşqınların Pothi Çapriyan Hiloti yaşayış məntəqəsində dağıntılara səbəb olduğu qeyd olunur. Burada evlər suyun altında qalıb. Ölənlərin 5 nəfəri azyaşlılardır. 2019-cu ildə Kəşmirdə 43 nəfərin sel və daşqınların qurbanı olduğu da bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...