Permdə avtobusun qəzaya uğraması nəticəsində 22 nəfər yaralanıb

Rusiyanın Perm vilayətində avtobusun dirəyə çırpılması nəticəsində bir nəfər ölüb, 22 adam yaralanıb. SİA xəbər verir ki, avqustun 17-də Perm vilayətinin Orconikidze rayonunda marşrut avtobusu dirəyə çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 22 nəfər, o cümlədən 5 uşaq yaralanıb. Uşaqların vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...