Ermənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb

Gürcüstanın Kobuleti rayonunda baş verən avtomobil qəzasında bir qadın və əri ölüb, bir nəfər bədən xəsarətləri alıb. SİA xəbər verir ki, Acarıstan Səhiyyə naziri Zaal Mikeladze yaralı şəxsin vəziyyətinin stabil olduğunu bildirib. Qəzaya düşənlərin tətil üçün Gürcüstana gələn Ermənistan vətəndaşları olduğu bildirilib. Faktla bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...