Odessa şəhərində hoteldə baş vermiş yanğın nəticəsində 9 nəfər ölüb

Ukraynanın Odessa şəhərində hotellərin birində yanğın baş verib. SİA "Ukrinform"a istinadən xəbər verir ki, yanğın nəticəsində 9 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Məlumata görə, yanğın gecə "Tokyo Star" hotelinin ikinci mərtəbəsində meydana gəlib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Ukrayna Prezidenti Vladimir Zelenski hadisənin baş verdiyi "Tokyo Star" hotelinin rəhbərinin qanunvericiliyə uyğun cəzalanmasına şəxsən nəzarət edəcəyini bildirib. Ukraynanın baş naziri Vladimir Qroysman isə bütün istirahət mərkəzlərində, sanatoriya və mehmanxanalarda geniş araşdırılma aparılmasını tapşırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...