Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir

Builki alpinizm mövsümündən sonra Nepal hökuməti tərəfindən yaradılmış xüsusi komissiya Everesti fəth etmək istəyənlər üçün tələbləri sərtləşdirməyi qərara alıb. SİA-nın məlumatına görə, bundan sonra dünyanın ən yüksək zirvəsinə dırmanmaq arzusunda olanlar daha çox rüsum ödəməli və daha çox sənəd təqdim etməlidir.

Qeyd olunur ki, alpinistlər 8 848 metrlik zirvəni fəth etmək üçün bundan əvvəl 6 500 metr hündürlükdə zirvəyə çıxdıqlarını təsdiq edən sənəd təqdim etməlidir. Bundan başqa, Everestə çıxmaq üçün rüsum 11 min dollardan 35 min dollaradək qaldırılıb.

Qeyd edək ki, bu il yaz alpinizmi mövsümündə Everestə çıxarkən 11 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...