Hayzer Uiler: “Biz Şimali Koreyanın davam edən ballistik raket sınaqlarından dərin təəssüf hissi keçiririk"

KXDR-in raket sınaqları BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur və təəssüf hissi doğurur. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Böyük Britaniyanın xarici işlər nazirinin Asiya-Sakit okean məsələləri üzrə müavini Hayzer Uiler çıxış edib. "Biz Şimali Koreyanın davam edən ballistik raket sınaqlarından dərin təəssüf hissi keçiririk, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir. 30 iyunda ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen Inın görüşündə razılaşdırıldığı kimi, Pxenyanı Birləşmiş Ştatlarla konstruktiv müzakirələrdə iştirak etməyə çağırırıq. Şimali Koreya tam yoxlanılma və denuklearizasiyaya doğru konkret addımlar atmalıdır. Buna əməl olunmadığı müddətdə BMT-nin sanksiyalarına bütün dövlətlər riayət etməlidir", - deyə Uiler bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə