Pakistan baş naziri ilə ABŞ prezidenti arasında telefon danışığı olub

Pakistan baş naziri İmran Xan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

SİA xəbər verir ki, bu barədə Pakistan baş nazirinin rəsmi "Facebook" səhifəsində məlumat verilib.

“İmran Xan Donald Trampla Kəşmirdəki vəziyyəti müzakirə edib”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün BMT Təhlükəsizlik Şurasının Kəşmirlə bağlı qapalı iclası keçiriləcək.

Xatırladaq ki, ötən həftə Hindistan hökuməti Konstitusiyasında Cəmmu və Kəşmirin muxtariyyəti ilə bağlı 370-ci maddəni ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...