Pakistan-Hindistan qarşıdurması kəskinləşir

Hindistanın Cammu və Kəşmirin xüsusi statusunu ləğv etməsindən sonra Pakistan Əfqanıstanla sərhəddə olan qoşunlarını şərq sərhədlərinə köçürə bilər. RİA “Novosti” xəbər verir ki, bu cür ehtimalı “The New York Times” nəşrinin redaktoru ilə söhbətində Pakistanın ABŞ-dakı səfiri Əsəd Məcid Xan dilə gətirib.

“Şərq sərhədində vəziyyət kəskinləşərsə, biz hərbçilərin köçürüməsini aparmalı olacağıq. Hal-hazırda isə yalnız şərq sərhədlərimizdə baş verənlərdən narahatıq” deyə, səfir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə