Rusiyadakı ağır yol qəzasında 5 nəfər ölüb

Rusiyanın Krasnodar diyarının Ust-Labinski rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA "RİA Novosti"yə istinadla xəbər verir ki, qəza Temryuk-Krasnodar-Kropotkin avtomobil yolunda qeydə alınıb. Bölgənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 4 nəfər hadisə yerində ölüb. Yaralılar arasında olan bir azyaşlı isə reanimasiyada dünyasını dəyişib. Regional Səhiyyə Nazirliyinin məlumatında bildirilib ki, xəsarət alanlar Ust-Labinski Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onların müayinəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə