Atambayev dövlət çevrilişində günahlandırılır

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev dövlət çevrilişində günahlandırılır. Bu barədə Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Orazbek Otumbaev Bişkekdə keçirdiyi mətbuat konfransında məlumat verib.

O deyib ki, sabiq prezident və onun tərəfdarları dövlət qüvvələrinə silahlı müqavimət göstərib və hətta Almazbek Atambayev öldürmək məqsədilə xüsusi təyinatlılara 6 dəfə odlu silahdan atəş açıb. Eks-prezident tutulduqdan sonra onun iqamətgahında çoxlu silah və sursat - müxtəlif tipli avtomatlar, snayper silahları, tapança aşkar olunub. İqamətgahın üçüncü mərtəbəsi müdafiə üçün hərbi bunker rolunu oynayıb.

Almazbek Atambayev, həmçinin korrupsiya, "qanuni oğru" Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur. Xatırladaq ki, Almazbek Atambayev avqustun 8-i axşam hökumət qüvvələrinə təslim olub və avqustun 26-dək Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılması ilə bağlı qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...