İstanbulda yaşayış binası yanıb

İstanbulda gecə 4 mərətbəli yaşayış binası yanıb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, yanğın gecə saat 3 radələrində Kadıköy rayonunda qeydə alınıb. Məlumata görə, yanğın binanın dam örtüyündə başlayıb. Hadisə yerinə dərhal xilasedicilər və tibbi yardım cəlb edilib. İnsan tələfatı barədə məlumat yoxdur. Binaya ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. İnsidentlə bağlı araşdırmaya başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə