Honqkonqda bütün aviareyslər ləğv edilib

Honqkonqda bütün aviareyslər ləğv edilib. SİA-nın verdiyi məlumata görə, buna səbəb etirazçıların hava limanının binasını ələ keçirməsidir.

"Bütün çıxan reyslərə qeydiyyat ləğv edilib", - "South China Morning Post" nəşri Honqkonq Beynəlxalq Hava Limanının operatoruna istinadən yazır. Məlumata görə, qeydiyyatı başa çatmış, həmçinin artıq ölkəyə gəlmək üçün yolda olan reyslər ləğv edilməyib.

Hava limanına aparan yollarda kütləvi tıxaclar var.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə