Türkiyədə turistləri aparan avtobus aşıb

Türkiyənin Antalya şəhərinin Kemer rayonunda turistləri aparan avtobus dərəyə aşıb. İlkin məlumata görə çox sayda yaralı var.

SİA xəbər verir ki, qəzanın sürücünün idarəetməni qəfil itirməsi nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...