Meksikada qətllər üzrə yeni rekord qeydə alınıb

Meksikada qətllər üzrə yeni rekord qeydə alınıb.

2019-cu ilin ilk yarısında öldürülənlərin sayı ötən illə müqayisədə 5.3 faiz artıb.

Qətllərin başlıca səbəbi kimi bəzi ştatlarda kartel və qanqster zorakılıqlarının çoxalması göstərilir.

Təkcə iyun ayında Meksikada 3,080 adam qətlə yetirilib.

Ötən ilin eyni ayı ilə müqayisədə bu rəqəm 8% yüksəkdir.

125 milyonluq əhalisi olan ölkədə hər gün orta hesabla 100 qətl baş verir.

ABŞ-da ömürlük həbs cəzasına məhkum edilmiş narko-baron El Çaponun bir vaxtlar qərargahlandığı Sinaloa ştatında ölümlər 23 faiz azalıb.
2019-cu ilin 17,608 qətli 1997-ci ildə statistika tərtib olunmağa başlayandan bəri ən yüksək göstərici hesab olunur.

Zorakılığın ən qanlı xarakter aldığı ştat narkotika kartellərinin istehkamı sayılan Sonora ştatıdır.

Hazırda ABŞ-da həsbdə olan narko-baron Joaquin "El Çapo" Quzmanın bir vaxtlar qərargahlandığı Sinaloa ştatında qətllərin sayı 23 faiz azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...