Portuqaliyada plastik butulkalar pulla geri alınacaq

Portuqaliya hökuməti plastik kütlə istehlakının azaldılması istiqamətində daha bir addım atıb. Əgər əvvəllər söhbət bazarlıq üçün paketlərdən, içmə çöplərindən, meyvə-tərəvəz və bişinti üçün qablardan gedirdisə, indi növbə içərisində daha çox su, şirə və alkoqolsuz içkilər olan ştrix-kodlu termoplastik polimer konteynerlərə çatıb. Butulkaların geri qaytarılması üçün mükafat onun həcmindən asılı olaraq 2-5 sent civarında olacaq. İstehlakçı ilin sonuna qədər vauçer şəklində qazanc əldə etməyə başlayacaq.

Bu təşəbbüs ətraf mühitin vəziyyətini yaxşılaşdırmaq və emal olunmayan məhsulların istifadəsini azaltmaq məqsədi daşıyır.

Portuqaliya hökumətinin ətraf mühitin mühafizəsi istiqamətində daha bir addımı avtoparkın elektromobillərlə əvəzlənməsini, habelə çirkləndirici məhsulların çoxuna vergilərin kəskin artırılmasını nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...