Rusiyada yay düşərgəsindəki yanğında 4 uşaq xəsarət alıb, 1-i ölüb

Rusiyanın Xabarovsk vilayətində yay düşərgəsində güclü yanğın olub.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğın nəticəsində 11-13 yaş aralığında dörd uşaq müxtəlif dərəcələrdə yanığ xəsarəti alıb, biri isə ölüb.

Məlumata görə, "Xoldomi” düşərgəsində uşaqlar üçün qurulmuş 26 çadırdan 20-si yanıb.

Yaralılar Solneçno rayon xəstəxanasına çatdırılıb.

Hüquq-mühafizə orqanları əməkdaşının sözlərinə görə, yanğın zamanı düşərgədə 189 uşaq olub. Onlar müvəqqəti olaraq istirahət mərkəzindəki bir kotecdə yerləşdirilib, çadırla təmin ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə