Türkiyənin Şanlıurfa şəhərinin Ceylanpınar rayonunda partlayış baş verib. Hadisəyə səbəb Suriya tərəfindən atıldığı ehtimal olunan raket mərmisidir.

SİA xəbər verir ki, hadisə nəticəsində dörd nəfər yaralanıb.

Partlayış baş verən əraziyə çoxlu sayda təcili tibbi yardım briqadaları cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə