Əfqanıstanda aviazərbələr olub 8 mülki şəxs ölüb, 5-i yaralanıb

Əfqanıstanın şərqində yerləşən Lahor əyalətinin bombalanması nəticəsində 8 mülki şəxs ölüb, 5-i yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu əyalətin Baraki-Barak dairəsinin başçısı Vais Abdul Rəhimzay bildirib. Onun sözlərinə görə, aviazərbəni Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri endirib. O deyib ki, aviazərbələrin hədəfi “Taliban” hərəkatının mövqeləri olub.

Başçı qeyd edib ki, mülki vətəndaşların ölümünün araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə