Silahlılar 37 nəfəri qətlə yetirib

Nigeriyanın şimal-qərbində naməlum silahlı qrup tərəfindən təşkil edilən hücum nəticəsində ən azı 37 adam ölüb.

SİA “sozcu.com.tr” saytına istinadən bildirir ki, Sokoya ştatının üç kəndinə hücum edilib. Silahlılar dinc sakinlərə atəş açıblar, daha sonra yerli bazarı yandırıblar.

Nigeriyanın şimal-qərb bölgəsi ölkədə ən təhlükəli bölgədən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə