Hindistanda 32 nəfəri ildırım vuraraq öldürüb

Hindistanın Uttar-Pradeş ştatında ildırım vurması 32 nəfəri öldürüb, daha 13 nəfər xəsarət alıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli icra orqanları məlumat yayıb.

Ölənlərin yeddisi Kanpur şəhərinin və Fatehpur dairəsinin, beşi Cxansi şəhərinin, 4 nəfər Calaun şəhərinin, üçü Hamirpur dairəsinin sakinləridir. Bundan başqa, eyni gündə Qazipur şəhərində 2 nəfər, Canpur, Pratapqarx, Kanpur və Çitrakut şəhərlərinin hər birində də bir nəfər ildırım vurması nəticəsində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...