İranın qərbində yerləşən Lorestan vilayətinin Sepid Dəşt rayonunun 3 kilometrliyində 4,3 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib. Məlumata görə, zəlzələ yerli vaxtla saat 12:54-də 10 kilometr dərinlikdə qeydə alınıb. İtki haqda məlumat verilməyib. Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...