Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb

Cari ilin yanvar-iyun aylarında Gürcüstanda 146 nəfər itkin düşüb.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik hesabatında məlumat verilir.

Məlumatda deyilir ki, itkin düşənlərdən 16-sı xarici ölkə vətəndaşıdır. Ən çox itkin düşənlər Belçika vətəndaşlarıdır – 8 nəfər.

Cari ilin birinci yarısında, həmçinin 4 nəfər Səudiyyə Ərəbistanı, 2 nəfər Rusiya, 1 nəfər Qazaxıstan və 1 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyü bildirilir.

Aparılan əməliyyat-axtarış və xilasetmə tədbirləri nəticəsində Belçika vətəndaşlarının 4-ü, Səudiyyə Ərəbistanı vətəndaşlarının 2-si, Rusiya vətəndaşlarının isə 1-i sağ tapılıb.

İtkin düşənlərin axtarışı davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə