Ukraynada parlament seçkilərində təhlükəsizliyi xüsusi təyinatlılar qoruyacaq

Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərinin təhlükəsizliyini xüsusi təyinatlılar qoruyacaq.

SİA Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, səsvermə günü AH-72 və AH-26 təyyarələri, H225, H145, Mi-8 helikopterləri mühafizə tədbirlərinə cəlb ediləcək. Bundan başqa, Milli Polisin və Milli Qvardiyanın xüsusi təyinatlıları təhlükəsizlik tədbirlərini həyata keçirəcək.

Təkcə Kiyevdə səsvermə prosesinə 6,5 min polis qüvvəsi cəlb ediləcək.

Qeyd edək ki, iyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...