Zelenskidən qeyri-adi davranış - VİDEO

Ukrayna Prezidenti Vladimir Zelenski hərbçilər üçün eksperiment modullarına baxış keçirən zaman Müdafiə naziri Stepan Poltorakı itələyib. Ukrayna lideri ilk öncə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Ruslan Xomçak, Prezident ofisi rəhbərinin müavini Ruslan Ryaboşapka və adı açıqlanmayan daha bir kişi ilə söhbət edib.

Daha sonra o, anidən Müdafiə nazirini kobud şəkildə itələyib.

Dövlət başçısının bu davranışının hansı səbəbdən qaynaqlandığı barədə məlumat yoxdur.

Zelenskinin nazirə qarşı sərt rəftarının əks olunduğu görüntülər KİV və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onu bu hərəkətinə görə dəstəkləyənlər olsa da, tənqid edənlər çoxluq təşkil edib.

Ruslan Ryaboşapka iddia edib ki, Zelenski Poltorakı itələməyib, sadəcə digər tərəfə keçməsini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə