İran 3 Rusiya vətəndaşını Britaniya gəmisində saxlayır

İran səlahiyyətliləri tərəfindən Hörmüz boğazında saxlanılan Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerinin bütün heyət üzvləri araşdırma bitənə qədər gəmidən buraxılmayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İranın Hörmüzgan vilayətinin limanlara məsul olan agentliyi Britaniya tankerinin İranın balıqçı gəmisinin iştirakı ilə insidentdə iştirak etdiyini və tankerin bu səbəbdən saxlanıldığını açıqlayıb.

Məlumata görə, tanker hazırda İranın Bəndər Abbas limanındadır, 3-ü Rusiya vətəndaşı olmaqla, 23 nəfərlik ekipaj üzvləri insidentin araşdırılması bitməsinə qədər gəmidə qalacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə