FHN zəhərlənmə ilə bağlı məlumat yaydı RƏSMİ

Fövqəladə Hallar Nazirliyi Şirvanda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. SİA nazirliyin saytına istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində şadlıq sarayında toy mərasimi zamanı bir neçə nəfərin zəhərlənməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Nəzarət Xidmətinin və Mülki Müdafiə Qoşunlarının Kimya laboratoriyasının mütəxəssisləri və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə