Türkiyədə 56 nəfər qidadan zəhərlənib

Türkiyənin şərqində yerləşən Ərzincan şəhərində 21-i uşaq olmaqla azı 56 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. SİA-nın verdiyi məlumata görə, şəhərin mərkəzində orduya çağırışla bağlı tədbirlərdən sonra qonaqlar ziyafətə dəvət olunublar. Qısa müddətdən sonra təcili yardım xidmətinə yüksək temperatur, ürəkbulanma, başgicəllənmə və qaytarma ilə bağlı şikayətlər daxil olmağa başlayıb.

"Təcili yardım" maşınları zərərçəkmişləri xəstəxanalara çatdırıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...