Avstriyada təyyarə qayaya çırpılıb, 3 nəfər ölüb

Avstriyanın Tirol federal əyaləti ilə Bavariyanın sərhədində kiçik təyyarə qəzaya uğrayıb. Polislərin verdiyi məlumata görə, qəza nəticəsində üç nəfər ölüb. Hadisə yerinə yaxınlaşa bilmək üçün əraziyə xüsusi xilasetmə qüvvəsi cəlb olunub. Qəzanın səbəbi və həlak olanların şəxsiyyəti məlum deyil. Tirol dispetçer mərkəzinə Vetterştayn rayonunda kiçik bir təyyarənin qəzaya uğraması barədə xəbərdarlıq siqnalı gəlib. Təyyarə qayaya çırpıldıqdan sonra dərhal alovlanıb. Qəza yeri Maylerhütte yaxınlığında dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşir.

Təyyarənin İtaliyadan havaya qalxdığı ehtimal olunur. Həm Avstriya, həm də Almaniya polisi, xilasediciləri və yanğınsöndürmə briqadaları qəza yerində birgə araşdırmalar aparırlar. Qarmiş-Patenkirxen dağ xilasetmə xidməti təyyarə heyətinin axtarışında iştirak edib. Almaniya vətəndaşı olduqları güman edilən təyyarə heyətinin bütün üzvlərinin cəsədləri aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...