Türkiyəli diplomatlara hücum edən terrorçulardan biri məlumdur

İraq təhlükəsizlik qüvvələri Ərbil şəhərində Türkiyəli diplomatlara hücumda şübhəli bilinən 3 nəfərdən birinin kimliyini açıqlayıb.

SİA xəbər verir ki, Ərbil Polis İdarəsi hücum edənlərdən birinin fotosunu yayaraq, onun 27 yaşında Diyarbəkirdə doğulan Məzlum Dağ adlı şəxs olduğunu bildirib.

Rəsmən bildirilməsə də, həmin şəxsin PKK terror təşkilatının üzvü olduğu ehtimal edilir. Digər iki şəxsin kimliyi və bu terroun arxasında hansı qüvvələrin dayandığı araşdırılır.

Qeyd edək ki, dünən İraqın Ərbil şəhərindəki restoranların birində Türkiyə Baş konsulluğunun əməkdaşlarına silahlı hücum olub. Baş konsulluğun əməkdaşı Osman Köse və digər iki İraq vətəndaşı vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə