İraq diplomatlara qarşı terroru kəskin pisləyib

İraq ötən gün Ərbildə Türkiyə konsulluğunun diplomatlarına qarşı həyata keçirilən terror aktını kəskin pisləyib. SİA-nın verdiyi məlumata görə, bu barədə İraqın Xarici İşlər Nazirliyi bəyanat verib.

Bəyanatda Türkiyə diplomatlarına qarşı terror aktı kəskin pislənilib və əlavə edilib ki, bu kimi cinayətlər iki ölkənin sıx əlaqələrini sarsıda bilməyəcək.

İraq XİN terror aktı ilə bağlı araşdırmaların yaxından izlənildiyini bildirib. Qeyd edək ki, ötən gün Ərbildə Türkiyə Konsulluğunun diplomatlarını hədəfə alan terror aktı zamanı bir türk diplomatı və konsulluğun daha bir yerli işçisi həlak olub.

Terror hücumunu hələ heç bir qruplaşma üzərinə götürməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...