Türk qırıcıları 7 terrorçunu məhv edib

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri İraqın şimalında yerləşən Metina rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

SİA “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, zərbələr nəticəsində 7 PKK terrorçusu zərərsizləşdirilib.

Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə