Cavad Zərif: "ABŞ rəsmiləri ilə görüşməmişəm"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Nyu-York şəhərində ABŞ rəsmiləri ilə görüşmədiyini bildirib. TASS agentliyi xəbər verir ki, o, jurnalistlərə açıqlamasında ölkəsinin diplomatları və ailə üzvlərinin ABŞ-da hərəkətinə məhdudiyyət qoyulması nəticəsində onların insanlığa sığmayan şəraitə düçar olduqlarını dilə gətirib.

Bundan əvvəl “Reuters” xəbər vermişdi ki, ABŞ hökuməti Nyu-Yorkda iş məzuniyyətində olan iranlı diplomatlar və ailə üzvlərinin dolaşmasına sərt məhdudiyyət tətbiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə