Tbilisidə daxili işlər nazirinin istefası tələb olunur

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası bərpa olunub. “Report”un Gürcüstan bürosu xəbər verir ki, sayca 28-ci olan aksiyanın iştirakçıları ölkənin daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər.

Askiya çərçivəsində kitabların satışı təşkil olunub. Satışdan əldə olunan gəlirin bir hissəsi aksiya təşkilatçılarının bank hesabına köçürüləcək. Təşkilatçılar DİN rəhbəri vəzifəsini tərk edənə qədər aksiyanı dayandırmayacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə