İraqda diplomatlara hücumla bağlı təfərrüatlar açıqlanıb FOTOLAR

İraqın Ərbil şəhərində restorana təşkil edilən hücumda Türkiyənin Ərbil konsulluğunun əməkdaşı həlak olub. SİA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, diplomatlar yemək yeyərkən silahlı hücuma məruz qalıb.

Restoran sahibinin verdiyi ifadəyə görə, konsulluq əməkdaşları restorana girdikdən sonra onların arxasınca məkana iki mülki geyimli silahlı şəxs daxil olub və onları hədəf alaraq atəş edib.

"Rudaw" kanalının məlumatına görə, konsul Hakan Karaçayın vəziyyəti yaxşıdır, hücum anında o restoranda olmayıb.

Terror hücumunun PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə