Serbiya və Fransa prezidentləri Belqrad hava limanında xatirə lövhəsinin açılışında iştirak edib

Serbiya Prezidenti Aleksandr Vuçiç və Fransa Prezidenti Emmanuel Makron Fransanın “VINCI Airports” şirkəti tərəfindən Nikola Tesla adına Belqrad Hava Limanının modernləşdirilməsi münasibətilə xatirə lövhəsini açıblar.

SİA ölkə mətbuatına istinadla xəbər verir ki, “VINCI Airports” şirkəti 25 il ərzində “Nikola Tesla”ya infrastrukturun inkişafı üçün ümumi məbləği 732 milyon avro olan sərmayə qoyacağını vəd edib.

Qeyd edilir ki, şirkət ötən il dekabrın 22-də 501 milyon avro məbləğində konsessiya rüsumunu ödəyərək hava limanının idarəçilik hüququnu əldə edib.

“VINCI Airports” 45 hava limanına və 180 milyondan çox sərnişinə sahib olmaqla yanaşı, dünyanın 12 ölkəsində fəaliyyət göstərən ən böyük operatorlardan biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə