Beynəlxalq Valyuta Fondunun baş direktoru vəzifəsindən gedir

Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard vəzifəsindən getdiyini elan edib.

Trend-in məlumatına görə, o öz qərarını Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə təsdiqlənməsinə dair səsverməyə cəmi bir neçə saat qalmış səsləndirib. K. Laqard, AMB-nin rəhbəri təyin edilərsə, o, Avropa Mərkəzi Bankının tarixində bu vəzifədə ilk qadın olacaq.

K.Laqard bildirib ki, vəzifəsindən sentyabrın 12-i gedəcək.

Xatırladaq ki, 63 yaşlı Laqard 75 ilə yaxındır fəaliyyət göstərən Beynəlxalq Valyuta Fondunun ilk qadın rəhbəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...