Yunanıstan baş vermiş qasırğadan özünə gələ bilmir

Yunanıstanın qərbində yerləşən Maknini və Plataniti bölgələrində evlərin çoxu su altında qalıb.

SİA xəbər verir ki, hadisə nəticəsində yollar dağılıb, onlarla vətəndaş təxliyə edilib.

Ölkənin Nafpaktos bölgəsi də Antino siklonu nəticəsində əmələ gələn güclü qasırğadan zərər çəkib, infrastruktur dağılıb. Yerli hökumət orqanları vətəndaşlarla bir yerdə vəziyyəti tezliklə normallaşdırmağa çalışır. Bölgədə fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, Yunanıstanın şimal hissəsində yerləşən Xalkidiki bölgəsində baş vermiş qasırğa nəticəsində yeddi nəfər həyatını itirmişdi. Öz quru və isti iqlimi ilə tanınan Yunanıstan üçün bu kimi təbii fəlakət gözlənilməz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...