Qriqol Vaşadze dindirilməyə çağırılıb

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze dindirilməyə çağırılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Q.Vaşadze iyulun 18-də Tbilisi Şəhər Məhkəməsində hakimlərin qarşısında şahid qismində istintaqa ifadə verəcək. Müxalifət lideri iyunun 20 və 21-də Tbilisidə Gürcüstan parlamenti qarşısında baş verən hadisələrlə bağlı sorğu-sual olunacaq. Qeyd edək ki, istintaq çərçivəsində digər müxalifət liderləri - Gigi Uqulava və Gia Baramidze artıq dindiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə