BƏƏ-də işləyən əcnəbilərin ailələri üçün yeni qaydalar tətbiq edilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Eyniləşdirmə və əmirlikləşdirmə məsələləri üzrə federal idarəsi elan edib ki, indi Əmirliklərin hər bir sakini ona yaşayış yeri verilmədən 4 min dirhəmdən (1089 dollar) çox və ya şirkət tərəfindən yaşayış yeri verilməklə 3 min dirhəmdən (817 dollar) çox qazanırsa, öz ailəsi üçün sponsor kimi çıxış edə bilər.

SİA xəbər verir ki, yeni qaydaya əsasən bu ölkədə çalışan əcnəbilər faktiki olaraq, öz ailə üzvlərini (həyat yoldaşını, 18 yaşdan aşağı uşaqlarını və ya subay qızlarını) BƏƏ-də yaşamaq üçün gətirə bilərlər, bu şərtlə ki, ailənin ümumi gəliri və ya ailə üzvlərindən birinin gəliri göstərilən tələblərə uyğun olsun.

Federal idarənin rəsmi məlumatında vurğulanır ki, bu qərar əcnəbi işçilərin ailələrinin sabitliyinin və sosial birliyin möhkəmlənməsinə, habelə işgüzar həyat ilə şəxsi həyat arasında sağlam tarazlıq qorunub saxlanmaqla yüksəkixtisaslı kadrların ölkəyə cəlb edilməsinə yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...