Azad Cammu və Kəşmir bölgəsində bir bazara ildırım düşməsi nəticəsində 22 nəfərin öldüyü bildirilir. SİA DawnNews informasiya portalına istinadla xəbər verir ki, ölənlərin doqquz nəfəri yaxınlıqdakı məscidin qarşısında dayanan Tableegi Jamaat təriqətinin üzvü, ikisi isə hərbi qulluqçulardır.

Yerli Aaj News telekanalının xəbərinə görə, Azad Kəşmir Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyi insidentin turizm mərkəzi olan Neyelam vadisinin Lesva qəsəbəsində baş verdiyini bildirib. Bu qəsəbə Pakistanla Hindistan arasında təmas xəttinin yaxınlığında yerləşir.

Məlumatda Lesva bazarının tamamilə dağıldığı, ildırımdan sonra yaşan leysan yağışları zamanı turistlərin avtomobillərini sel apardığı da qeyd olunur. Pakistan ordusu xilasetmə dəstələri ilə birlikdə axtarış-xilasetmə əməliyyatında iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...