“Huawei” əməkdaşlarını ixtisar edir

Çinin telekommunikasiya nəhəngi “Huawei” ABŞ-da törəmə şirkətinin əməkdaşlarının böyük əksəriyyətini işdən azad etməyi planlaşdırır. SİA xəbər verir ki, işdən çıxarılma əsasən “Huawei”in ABŞ-dakı “Futurewei” tədqiqat laboratoriyasında çalışan əməkdaşlardan gedir.

Qeyd olunur ki, laboratoriyada çalışan işçilərin ümumi sayı 850 nəfərdir. Şirkətin Texas, Kaliforniya və Vaşinqton ştatlarında idarələri var.

Bütün xəbərlər Facebook səhifəmizdə