Morales Putinlə belə zarafatlaşıb

Rusiya Prezidenti Vladimir Putinlə boliviyalı həmkarı Evo Morales arasında baş tutan görüşdə maraqlı anlar yaşanıb. Axar.az xəbər verir ki, Boliviya lideri görüş zamanı öz nümayəndələrindən birini barmağı ilə işarə edərək Putinə, “Uqo Çavesə (1999 - 2013 illərdə Venesuela prezidenti) necə də oxşayır? Elə deyilmi?” sualını ünvanlayıb. Putin də gülümsəyərək ,“Bəli, əsl hindudur”, - deyə bildirib. Liderlərin bu dialoqu ətrafdakıların da gülüşünə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...