Açıqlandı: Sloveniya Fələstinin dövlət müstəqilliyini tanıyacaq!

"Sloveniya Fələstinin müstəqilliyi uğrunda həyata keçirilən hazırkı səyləri dəstəkləmək məqsədilə Avropa İttifaqının bir qrup dövləti ilə konsensus şəklində Fələstinin dövlət müstəqilliyini tanımağa hazırdır."

Bu fikirləri Sloveniyanın Xarici İşlər naziri Miro Tserar fələstinli həmkarı Riyad Malki ilə görüşündən sonra bildirib. O deyib ki, Sloveniya bu addımı yalnız Avropa İttifaqına üzv dövlətlər buna hazır olduqda atacaq.

Paytaxt Lyublyanada R.Malki ilə görüşdə o, hökumətin Fələstin ilə bütün sahələrdə, xüsusən də iqtisadi sahədə qarşılıqlı əlaqələri inkişaf etdirmək arzusunda olduğunu bildirib.

R.Malki sloveniyalı həmkarına regiondakı yeniliklər, əsasən də “Əsrin anlaşması” və keçən ay Bəhreyndə baş tutan seminarın mənfi təsirləri barədə məlumat verib. O, Fələstin dövlətinə və xalqına qarşı dost münasibətinə, xüsusən də inkişaf layihələrinə və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə verdiyi dəstəyə görə Sloveniyaya təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə