ABŞ Prezidenti Donald Tramp iyunun 28-29-da “İyirmilik” qrupu sammitinin keçiriləcəyi Osaka şəhərinə gəlib. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, Amerika liderinin təyyarəsi şəhərin şimal hissəsində adətən daxili reyslər üçün istifadə edilən İtami aeroportuna enib. Digər dövlət başçıları sammitin keçiriləcəyi yerin yaxınlığında yerləşən Kansay beynəlxalq aeroportuna gəliblər, yaxud gələcəklər.

Sammit çərçivəsində Trampın bir sıra ikitərəfli görüşlər keçirəcəyi bildirilir. Bu sırada ABŞ Prezidentinin Rusiya, Çin, Türkiyə, Yaponiya liderləri ilə planlaşdırılan görüşləri daha çox maraq doğurur.

Bütün xəbərlər Facebook səhifəmizdə