Hindistanda şiddətli yağışlar 30 ölü

Hindistanın şərqində yerləşən Bihar ştatında son sutka ərzində leysan yağışları və ildırımlar azı 30 nəfərin həyatına son qoyub, onlarla insan isə xəsarət alıb. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Ştatda davam edən əlverişsiz hava şəraiti Hindistanda ənənəvi olaraq iyunun sonlarından sentyabr ayınadək davam edən musson yağışları mövsümünün yaxınlaşmasından xəbər verir. Buna qədər regionda onlarla insanın ölümünə səbəb anomal istilər hökm sürüb.

Yerli hakimiyyət orqanları həlak olan hər bir şəxsin ailəsinə 6 min dollara yaxın təzminat ödənilməsi barədə göstəriş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə