Vyanada yaşayış binasında partlayış 14 yaralı

Vyana şəhərinin mərkəzi rayonlarından birində yaşayış binasında güclü partlayış baş verib və nəticədə 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralananlardan ikisinin vəziyyəti ağırdır. SİA xəbər verir ki, qaz sızması nəticəsində şəhəirn 4-cü rayonundakı beşmərtəbəli yaşayış binasının bir hissəsi çöküb. Partlayışın təkanı və ətrafa uçan daş qəlpələri yaxınlıqdakı binaların şüşələrini sındırıb, həmin küçədəki avtomobillər yararsız hala düşüb.

Əraziyə cəlb edilən xilasedicilər binanın dağıntıları altında qalması ehtimal olunan şəxslərin axtarışını davam etdirirlər. 22 mənzildən ibarət yaşayış binasının çökmə təhlükəsi axtarış işlərini çətinləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə