Türkiyədə avtobus qəzası - 10-dan çox ölü

Türkiyənin şimal-qərbindəki Ədirnə vilayətində qeyri-leqal miqrantları aparan avtobus qəzaya uğrayıb. SİA-nın məlumatına görə, hadisə nəticəsində 11 nəfər həlak olub. Daha 30 nəfərin isə xəsarət aldığı deyilir. Qeyd olunur ki, avtobus beton divara çırpılıb. Miqrantların vətəndaşlıqları açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə