Qasırğa insan tələfatı ilə nəticələnib

Meksikanın Reynos şəhərində (Tamaulipas ştatı) güclü qasırğa nəticəsində azı iki nəfər ölüb. Şəhərin 57 rayonu qasırğadan ciddi ziyan görüb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Reynos şəhərinin mülki müdafiə xidmətinin koordinatoru Federiko Peres Losano məlumat yayıb.

Onun sözlərinə görə, ölənlərdən biri su axınında boğulub, digəri isə axına düşən avtomobilindən vaxtında çıxa bilməyib.

Qasırğa ilə bərabər orta hesabla 10,5 sm hündürlüyündə yağıntı düşüb, yağış suları avtomobilləri aparıb, bir neçə hospitalın binaları ziyan görüb, evlər su altında qalıb. Şəhər rəhbərliyi sakinlər üçün müvəqqəti sığınacaqlar yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...