Belçikalıların 10 faizindən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

Belçika Statistika İdarəsinin məlumatına görə, hər on belçikalıdan biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. SİA xəbər verir ki, bu rəqəm 2004-cü ildən dəyişmir. Müəyyən edilib ki, yoxsulluq ahıllar və işsizlər arasında daha yüksəkdir.

Bundan əlavə, yoxsulluq riski bir valideyn olan ailələrdə ən yüksəkdir: 28 faiz. İcarədarlar arasında yoxsulluq həddindən aşağı səviyyədə yaşayanların sayı (28 faiz) isə ev sahibi olanlardan (7 faiz) çoxdur.

2018-ci ildə bir nəfər üçün yoxsulluq həddi ayda 1187 avro, ata, ana və iki uşaqdan ibarət ailələr üçün isə ayda 2449 avro hesab edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə